ABŞ İsrailə gələcək silah tədarükü üçün şərt qoyub

 10:19 06.05.2024     198

ABŞ İsrailə gələcək silah tədarükü üçün şərt qoyub.

Redaktor.az-ın "gazeta.ru"ya istinadən məlumatına görə, ABŞ-nin demokrat senatoru Mark Kelli deyib ki, İsrailə gələcək hərbi yardımın Qəzza zolağında mülki itkilərin azaldılması ilə əlaqələndirilməsi uyğundur.

Siyasətçi ABŞ üçün günahsız qadın, uşaq və qocaların əziyyət çəkməsinin qəbuledilməz olduğunu vurğulayıb.

“Mən İsrail səfiri Maykl Herzoqla xüsusi olaraq bu barədə danışdım. Əgər biz bir dəyişiklik görməsək, məncə, bu yardımın bəzi şərtlərini qoymaq məqsədəuyğun olardı”, - deyə Kelli əlavə edib.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin rəhbəri Cim Cordan və konqresmen Elise Stefanik İsrailə sursat tədarükünün dayandırılması ilə bağlı xəbərlərdən sonra Amerika Prezidenti Co Baydeni qınayıb və belə bir mümkün qərarı “iyrənc” adlandırıblar.

Humay İSGƏNDƏRLİ