Üç qardaşın 600 uşağın atası olduğu üzə çıxdı

 14:37 06.05.2024     167

Kanadanın Kvebek əyalətində eyni ailədən olan üç kişinin altı yüzdən çox uşağın atası olduğu üzə çıxıb.

Redaktor.az xəbər bu barədə "CTV News" məlumat yayıb.

Kişilər Kanada Səhiyyə Təşkilatının nəzarəti olmadan onlayn sperma satırmışlar. Onların reklamlarına cəlb olunan qadınlar hamilə qalmaq üçün kişilərin xidmətlərindən istifadə edib. Kanadanın fransızdilli “Noovo Info” kanalı əvvəlcə yalnız iki donor tapıb. Lakin ilk araşdırmadan sonra onlarla o qədər çox ana əlaqə saxlayıb ki, axtarışları davam etdirmək qərarına gəliblər. Daha sonra kanal işçiləri üçüncü adamı aşkar ediblər. Onun əvvəllər tapılan donorların qohumu olduğu üzə çıxıb.

Donor xidmətlərindən istifadə etmiş qadınlar uşaqlarının çoxlu sayda ögey qardaş və bacılarının olmasından narahatdırlar. Onlar həmçinin iki donorda aşkar edilmiş nadir irsi qaraciyər xəstəliyini də ötürə bilərlər. (musavat.com)