Almaniya Rusiyadakı səfirini geri çağırdı
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Redaktor.az xəbər verir ki, səfirin geri çağırılmasına səbəb Almaniyanın Rusiyanı kiberhücumlarda ittiham etməsi olub.
Qeyd edək ki, mayın 3-də Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb. Alman mətbuatı rusiyalı diplomatın XİN-ə çağırılmasının səbəbi kimi Rusiyanın kiberhücumlarını əsas gətirib.
Rusiyalı diplomata Moskvanın 2023-cü ildə Almaniyanın Sosial Demokrat Partiyasının resurslarına kiberhücumlarının sübut olunması ilə əlaqədar etiraz bildirilib.