Lukaşenko Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyi planlaşdırır.
Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik bildirib.
Lukaşenkonun mayın 8-də Aİİ sammitində iştirakdan sonra paradda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran o, “İndiyə qədər planlar var, bəli” deyib.
Xatırladaq ki, 2024-cü ildə İkinci Dünya müharibəsində Qələbə Gününün 79-cu ildönümü qeyd olunur.
T.İSMAYIL