Rusiya XİN nüvə silahından istifadə ilə bağlı təlimlərə münasibət BİLDİRDİ
Qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün qarşıdan gələn təlimə Qərb rəsmilərinin son döyüşkən bəyanatları və NATO-nun sabitliyi pozan hərəkətləri kontekstində baxmaq lazımdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
“Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə bacarıqlarının inkişaf etdirilməsi üzrə qarşıdan gələn hərbi təlimləri ilə əlaqədar qeyd edirik ki, bu hadisə Qərb rəsmilərinin son döyüşkən bəyanatları və bir sıra NATO ölkələrinin Ukraynada və onun ətrafında münaqişə ilə bağlı Rusiya Federasiyasına güclü təzyiqi artırmaq və ölkəmizin təhlükəsizliyinə əlavə təhdidlər yaratmaq məqsədi daşıyan kəskin sabitliyi pozan hərəkətləri kontekstində nəzərdən keçirilməlidir", - nazirliyin saytında dərc olunmuş bəyanatda deyilir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığına əsasən, qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığını artırmaq məqsədilə yaxın gələcəkdə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Baş Qərargahının təlimlərini Qərb liderlərinin son zamanlar davranışı və onların Ukrayna ərazisinə qoşun yeritmək niyyəti ilə bağlı bəyanatları ilə əlaqələndirib.
Turan İSMAYIL