"Ukraynadakı böhrandan üçüncü ölkələri ləkələmək üçün istifadəyə qarşıyıq"

 21:35 06.05.2024     184

"Çin Ukrayna böhranından yeni Soyuq Müharibəni təhrik etmək üçün bəhanə kimi istifadə edilməsinin qəti əleyhinədir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Parisdə Fransa-Çin sammitindən sonra Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında Çin prezidenti Si Cinpin deyib.

"Eyni zamanda, biz Ukraynadakı böhrandan üçüncü ölkələri ləkələmək və məsuliyyəti dəyişdirmək, eləcə də yeni soyuq müharibəni təhrik etmək üçün istifadə edilməsinə qarşıyıq", - deyə o bildirib.

Yusif EYVAZLI