Mahmud Abbas İsrailin Qəzza zolağından tamamilə çıxacağına ümid edir
Fələstin Prezidenti Mahmud Abbas ümidvar olduğunu bildirib ki, İsrail Qəzza zolağında təcavüzü dayandırmaq və qüvvələrini anklavdan tamamilə çıxarmaq öhdəliyi götürəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Milli Administrasiyasının rəhbərinin WAFA-nın dərc etdiyi bəyanatında deyilir.
“Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Misir və Qətərin Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün vasitəçilik səylərinin uğuru xəbərini alqışlayıb”, - mətndə deyilir.
Bəyanata görə, Abbas İsrailin təcavüzü dayandırmaq və Qəzza zolağından tamamilə geri çəkilmək öhdəliyi götürəcəyinə ümid etdiyini bildirib.
T.İSMAYIL