Zelenskinin mühafizə xidmətində satqın saxlanıldı
Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizlik Administrasiyasının departamentlərindən birinin rəisi, polkovnik Andrey Quku məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat yerli “strana.ua” nəşrində yer alıb.
Departamentin məlumatına görə, həmin şəxs müdafiə olunan şəxslər (o cümlədən Ukrayna prezidenti) haqqında şəxsi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə vətənə xəyanətdə ittiham olunur. Bundan əlavə, məlumatların ötürülməsində şəriklikdə şübhəli bilinən Quk ilə birlikdə Dövlət Təhlükəsizlik Administrasiyasının daha bir əməkdaşı saxlanılıb.
Qeyd edək ki,aprel ayında Ukrayna Təhlükəsizlik Xidməti Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin Polşada saxlandığını elan edib. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, o, Rusiya agenti olub və humanitar və hərbi yardımların göndərilməsi üçün istifadə olunan Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi haqqında məlumat toplamalı idi. Varşava məhkəməsi bir nəfəri həbs edib və onu 8 ilə qədər həbs cəzası gözləyir.
T.İSMAYIL