Ağ Ev İsrailə mərmi tədarükünün dayandırılmasını təsdiqləməkdən imtina etdi
Amerika administrasiyası ABŞ-nin İsrailə mərmi tədarükünü dayandırması ilə bağlı məlumatı təsdiqləməkdən imtina edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.
"Mən bu nəşri təsdiqləməyəcəyəm", - o bildirib.
Eyni zamanda o, ABŞ-nin “təhlükəsizlik sahəsində İsrail qarşısında öhdəliklərinin sarsılmaz olduğunu” vurğulayıb.
Qeyd edək ki, mayın 5-də "Axios" portalı iki israilli məmura istinadən xəbər verib ki, Amerika administrasiyası 7 oktyabr 2023-cü ildən bəri ilk dəfə həftə ərzində İsrailə sursat tədarükünü dayandırıb. Rəsmilərin sözlərinə görə, bu addım mərmilərin çatdırılmasında gecikmənin səbəblərini araşdırmağa başlayan İsrail hakimiyyət orqanlarının ciddi narahatlığına səbəb olub.
T.İSMAYIL