ABŞ Çinlə münaqişəyə belə hazırlaşır

 09:26 07.05.2024     176

Pentaqon “ Çinlə mümkün münaqişəyə” hazırlaşdığı üçün "American Switchblade 600" sursatının istehsalını artırmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Switchblade 600", Pentaqonun ABŞ-ın Çinin imkanlarına qarşı çıxmasına kömək etmək üçün 2025-ci ilin avqustuna qədər yeni sistemləri işə salmağı hədəfləyən "Replikator" proqramının bir hissəsi olan aşağı qiymətli avtonom silahdır.

Agentliyin məlumatına görə, konqres bu maliyyə ilində "Replikator" proqramının inkişafı üçün 500 milyon dollar ayrılmasını təsdiqləyib və Pentaqon oktyabrın 1-dən başlayaraq yeni maliyyə ili üçün eyni məbləği tələb edib.

Bir sözlə, ABŞ Çinlə mübarizə üçün tank əleyhinə İHA istehsalını artıracaq.

Humay İSGƏNDƏRLİ