Toyda bədbəxt hadisə - Anbaan görüntülər

 12:45 07.05.2024     277

Toyda havaya atəş açılması bədbəxt hadisə ilə nəticələnib.

Redaktor.az Türkiyə mətbuatına istinadla bildirir ki, Şanlıurfada toyda şənlənmək məqsədi ilə havaya atəş açılması nəticəsində qonaqlardan biri ağır xəsarət alıb.

44 yaşlı Zemzem Özdemir adlı qadın gəlinliyi səliqəyə salmağa çalışarkən güllə təsadüfən ona dəyib. Həmin anlar mobil telefonla lentə alınıb.

Toy ertələnib, qadının müalicəsi davam etdirilir.