Zaxarova da Londonu hədələdi: Britaniya hərbi obyektlərini vura bilərik

 16:57 07.05.2024     163

London Kiyevin Rusiya ərazisini Britaniya silahları ilə vuracağı ilə hədələdiyi təqdirdə, Rusiyanın Ukraynadakı və onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərinə zərbələr endirmək hüququ var.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.

 

“Əgər belə bir ssenari reallaşarsa, o zaman ölkəmiz, Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini – hərbi obyektləri, silahları hədəf kimi vurmaq hüququnu özündə saxlayır”, - deyə rusiyalı diplomat qeyd edib.