Kanada İsrailin Rəfah əməliyyatına qarşı çıxdı
Kanada hökuməti Qəzza zolağında fəlakətli humanitar vəziyyətə görə İsrailin Rəfah şəhərində hərbi əməliyyat keçirməsinə qarşıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli jurnalistlərə açıqlama verib.
“İsrailin Rəfah əməliyyatına gəlincə, bizim mövqeyimiz əvvəldən bəllidir: Qəzza zolağında vəziyyət fəlakətlidir və Rəfah əhalisinin böyük əksəriyyəti artıq başqa yerlərdən bu şəhərə köçürülüb. Gedəcək başqa yer yoxdur. Qadınların, uşaqların və günahsız mülki şəxslərin həyatını təhlükəyə atacaq Rəfah işğalı tamamilə qəbuledilməzdir", - o deyib.
Kanadanın xarici işlər naziri əlavə edib ki, Ottava bu ərazidə hərbi əməliyyatın qarşısını almaq üçün İsrail rəhbərliyinə və hökumətinə təzyiq etməyə davam edir.
T.İSMAYIL