Türkiyə İsraili ordusunu Qəzzadan dərhal çıxarmağa çağırdı
Türkiyə İsrail ordusunun Rəfah əməliyyatının bütün dünyaya təsir edəcəyi xəbərdarlığını edərək, İsraili hərbi qüvvələrini dərhal Qəzza zolağından çıxarmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu bəyanatla Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli çıxış edib.
"Rəfəha hücum təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrail dərhal Rəfah keçid məntəqəsini tərk etməlidir. Rəfahda və sərhəd-keçid məntəqəsindəki status-kvo daha gecikdirilmədən bərpa edilməlidir", - o bildirib.
Turan İSMAYIL