Aİ ölkələrindən biri NATO-ya üzv olmaqdan imtina etdi

 19:13 07.05.2024     295

"Avstriya Şimali Atlantika Alyansına qoşulmaq niyyətində deyil və planlaşdırmır, lakin bəzi NATO üzvləri ilə mümkün əməkdaşlıqdan imtina etmir". 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq ölkə parlamentinin aşağı palatasının komitəsində çıxışı zamanı bildirib.

“Biz NATO-ya daxil olmağı planlaşdırmırıq”, - deyə nazir parlament üzvlərindən birinin sualını cavablandırıb.

Onun sözlərinə görə, Vyana həmçinin Avropa regionunda digər neytral dövlətlərlə, xüsusən İrlandiya, Malta ilə informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Yusif EYVAZLI