Qadın altı yaşlı oğlunu timsah kanalına atdı

 19:17 07.05.2024     248

Hindistanın Karnataka əyalətində 32 yaşlı Savitri Kumar altı yaşlı uşağı timsahlar tərəfindən yeyilmək üçün atdığına görə saxlanılıb.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, qadın baş verənlərə görə ərini günahlandırıb, onun eşitmə və danışma problemlərindən əziyyət çəkən xəstə oğlundan xilas olmaq istədiyini bildirib.

Polisin məlumatına görə, şənbə günü, mayın 4-də axşam saat 21 radələrində Kumar və əri, 36 yaşlı Ravi oğluna görə dava edib. Mübahisə qadının oğlanı kanala atması ilə başa çatıb. Polis və yanğınsöndürənlər uşağı yalnız səhər saatlarında axtarmağa başlayıblar. Səhər o, timsahın ağzında tapılıb. Məhkəmə ana və atanı 14 sutkalıq həbsə göndərib.

T.İSMAYIL