"Dünya nüvə müharibəsinə həmişəkindən daha yaxındır" - Lukaşenkodan nüvə açıqlaması

 19:34 07.05.2024     235

"Dünya heç vaxt indiki kimi nüvə müharibəsi astanasına belə yaxınlaşmayıb".

Redaktor.az BelTA agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, Qərb siyasətçilərinin bəyanatları təkcə Avropa qitəsində deyil, bütövlükdə dünyada gərginliyin artmasına gətirib çıxarır.

Lukaşenko həmçinin bildirib ki, Belarusa qarşı istənilən hərbi təcavüzə dərhal cavab veriləcək.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən