İsrail bütün beynəlxalq hüquq normalarını pozub - BMT

 20:42 07.05.2024     137

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Laerke İsrailin Rafah əməliyyatı zamanı mülki şəxslərin təxliyəsi ilə bağlı bütün beynəlxalq hüquq normalarını pozduğunu bildirib.

Redaktor.az bu barədə "gazeta.ru"ya istinadla xəbər verir. 

“Münaqişə şəraitində mülki şəxslərin təxliyəsi beynəlxalq hüquqla ciddi şəkildə tənzimlənir. Vaxtında olmaq üçün ilk növbədə əhaliyə əvvəlcədən xəbərdarlıq edilməlidir. Bu, burada baş verməyib”, - Laerke Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Bundan əlavə, təxliyə marşrutları təyinat əraziləri kimi təhlükəsiz olmalı və humanitar yardım üçün çıxış təmin edilməlidir. Bunların heç biri də edilmədi", - Laerke vurğulayıb. 

Qeyd edək ki, mayın 7-də İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının Rəfah şəhərinin şərqində antierror əməliyyatına başladığı bildirilib.

T.İSMAYIL