Zelenski qarşıdakı həftələr üçün vacib xəbərləri açıqladı

 23:40 07.05.2024     209

Yaxın həftələrdə xarici tərəfdaşlar Ukraynaya səfər edəcək və təhlükəsizlik zəmanətləri ilə bağlı yeni sazişlər imzalanacaq.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, indi görüşlər və sənədlər hazırlanır ki, yaxın həftələrdə mütləq xəbərə çevriləcək.

"Tərəfdaşlarımızın Ukraynaya yeni səfərləri. Dövlətimiz və ümumilikdə Avropada həyat üçün yeni təhlükəsizlik sazişləri. Və təbii ki, biz Avropa İttifaqı ilə danışıqların faktiki başlanğıcını iyun ayına hazırlamağa davam edirik. Ukrayna öz öhdəliklərini yüz faiz yerinə yetirib”, - prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna öz tərəfdaşlarından eyni səmərəli fəaliyyəti gözləyir.

T.İSMAYIL