Paşinyan Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

 10:22 08.05.2024     182

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə milli dəyərlərin yeni siyahısını dərc edib.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın siyahısında “Erməni Apostol Müqəddəs Kilsəsi, Erməni Katolik Kilsəsi, Erməni Yevangelist Kilsəsi” yer alıb.

"Sputnik Armenia" yazır ki, beləliklə, o, katolik və yevangelist kilsələrini erməni apostol kilsəsi ilə eyniləşdirib.

"Yeri gəlmişkən, Ermənistan Konstitusiyasının 8.1-ci maddəsində açıq şəkildə qeyd olunub ki, Ermənistan Respublikasında kilsə dövlətdən ayrılıb və Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna milli kilsə kimi erməni xalqının mənəvi həyatında, onun inkişafı məsələsində milli mədəniyyət və milli kimliyin qorunub saxlanması missiyasını tanıyır”, - deyə "Sputnik Armenia" Paşinyanın paylaşımına şərh verib.