NATO-nun təlimlərində 11 əsgər yaralandı
İsveçin mərkəzindəki Şillinqardda NATO-nun "Swift Response" təlimi zamanı paraşütlə tullanan 11 əsgər yaralanıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, yaralananlar ABŞ, Macarıstan və İtaliyanın hərbçiləri olub.
Zərərçəkənlər Linköpinq və Yönköpinq şəhərlərindəki xəstəxanalara aparılıb.
Ümumilikdə təlimlər çərçivəsində 600-800 əsgər iştirak edib.
Humay İSGƏNDƏRLİ