Lukaşenko təcili Rusiyaya getdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Redaktor.az xəbər verir ki, bu barədə "BELTA" BELTA agentliyi məlumat yayıb.
Daha əvvəl bildirilib ki, Avrasiya İqtisadi İttifaqının iclasında Belarus lideri Avrasiyaya inteqrasiyanın inkişaf perspektivləri ilə bağlı öz baxışını təqdim edəcək.
Lukaşenko daha əvvəl deyib ki, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə xüsusi taktiki nüvə silahlarından istifadə edən qoşunların birgə koordinasiyası və istifadəsini də müzakirə edəcək.
Humay İSGƏNDƏRLİ