ABŞ Rəfaha hücum qorxusu ilə İsrailə bomba daşınmasını dayandırdı
Bayden administrasiyası ötən həftə ölkənin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə genişmiqyaslı hərbi hücuma başlaya biləcəyindən narahat olduğu üçün İsrailə bomba daşınmasını dayandırıb.
Redaktor.az bu barədə "Sky News"a istinadən xəbər verir.
Yüksək səviyyəli administrasiya rəsmisi bildirib ki, daşınma 2000 funt (900 kq) ağırlığında 1800 bomba və 500 funt (225 kq) ağırlığında 1700 bombadan ibarət olmalı idi.
O əlavə edib ki, ABŞ böyük bombaların sıx şəhər mühitlərində necə istifadə oluna biləcəyindən narahatdır və tədarükün necə genişləndirilməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Qəzetin qeyd edib ki, Ağ Ev Rəfahdakı vəziyyətdən özəl olaraq narahatdır, lakin administrasiya rəsmiləri açıq şəkildə vurğulayırlar ki, onlar indiyədək aparılan əməliyyatların cənab Baydenin şəhərdə genişmiqyaslı əməliyyata qarşı qeydləri ilə ziddiyyət təşkil etdiyinə inanmırlar.
Qeyd edək ki, mayın 6-na keçən gecə İsrail əsgərləri HƏMAS-ın şəhərdəki hədəflərinə zərbə endirməzdən əvvəl Rəfah sakinlərini təxliyə etməyə çağırıb.
Daha sonra İsrail tanklarının Rəfaha yola düşdüyü barədə xəbərlər yayılsa da, hətta Misir də əməliyyatın əhatə dairəsinin məhdud olduğunu etiraf edib.
Beləliklə, İsrail ordusu Rəfah keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.
Turan İSMAYIL