Maliyyə maxinasiyalarında 120 şübhəli saxlanıldı
Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 49 vilayətində maliyyə maxinasiyalarında şübhəli bilinən 127 nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, əməliyyatlar Türkiyənin Mersin, Adana, Kayseri, Trabzon, Samsun və s. vilayətlərində aparılıb.