"Almaniyanın Rusiyadakı səfirini geri çağırması növbəti qeyri-dost addımdır" - Zaxarova
Almaniyanın Rusiyadan səfirini məsləhətləşmələr üçün geri çağırması Berlinin növbəti qeyri-dost addımıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Almaniya səfirinin Moskvadan geri çağırılması Almaniyada anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmağa yönəlmiş, ikitərəfli əlaqələrin daha da pisləşməsinə yönəlmiş növbəti qeyri-dost addımdan başqa bir şey deyil”, - diplomat qeyd edib.
T.İSMAYIL