Ukraynada keçmiş administrasiya rəhbəri həbs edildi
Ukraynanın Dnepropetrovsk vilayət administrasiyasının keçmiş rəhbəri İqor Kolomoyski 2003-cü ildə törədilən qətlin sifarişində ittiham olunur.
Redaktor.az “Страна” nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, həmin ilin avqustunda “Днепроспецсталь” polad emalı müəssisəsi ətrafında yaranmış mübahisə zamanı vəkil Sergey Karpenko onun qeyri-qanuni tələbini yerinə yetirmədiyi üçün öldürülüb.
İrəli sürülən ittihamlar təsdiqlənsə, İ. Kolomoyskini ömürlük həbs cəzası gözləyir. Hazırda Kolomoyski istintaq altındadır.