İvanovun valideynlərinin əmlakına həbs qoyuldu
Rusiya İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanovun qohumlarının və valideynlərinin əmlakına həbs qoyulması təşəbbüsü ilə çıxış edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Murad Musayev məlumat verib.
“Bir sıra şəxslərin, o cümlədən İvanovun valideynlərinin əmlakına İstintaq Komitəsinin tələbi ilə həbs qoyulub. Nəyin həbs olunduğunu söyləmək mənim üçün çətindir. Bilirəm ki, hətta valideynlərinin bank hesablarına da həbs qoyulub. Onların bank kartlarında 10 min rubl götürülüb”, - deyə vəkil bildirib.
T.İSMAYIL