"Ukraynadakı münaqişə döyüş meydanında həll olunmayacaq"

 17:43 08.05.2024     239

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə NATO-nun Ukraynadakı missiyasının silah təchizatı, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlanması və dövlətin maliyyələşdirilməsi üçün genişləndirilməsində iştirak etmək niyyətində deyil. 

Redaktor.az "gazet.ru"ya istinadən xəbər verir ki, Siyartonun sözlərinə görə, Ukraynadakı münaqişə döyüş meydanında həll olunmayacaq.

“NATO-nun yeni təklifi Ukrayna qalib gələnə qədər müharibəni davam etdirmək zərurətinə əsaslanır. Həm Böyük Britaniya, həm də NATO müharibənin başa çatmasını tamamilə qeyri-real olan hərbi nəticə ilə əlaqələndirirlər, bunun həyata keçirilməsi ehtimalı son dərəcədə qeyri-realdır”, - macar diplomat bildirib.

Humay İSGƏNDƏRLİ