Təyyarəyə gecikən sərnişin sərhədçi zabiti döydü
Misirə uçan təyyarəyə gecikən sərxoş sərnişin Rusiyanın Şeremetyevo hava limanında aroport işçilərinə hücum edib.
Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, o, həmçinin əcnəbi stüardessalara sataşıb.
Belə ki, mayın 8-də səhər saatlarında Misirə dincəlməyə gedən 52 yaşlı moskvalı kişi həyat yoldaşı ilə Hurqadaya uçuşa gecikib. Onıar hava limanında rüsumsuz mağazaya baş çəkdikdən sonra içki içib, uçuşdan yayınıblar. Bu zaman təyyarəyə gecikdiklərni öyrənən həmin şəxs qəzəblənib dava saldığı üçün təhlükəsizlik işçiləri onu və arvadını eniş zonasından çıxarıblar.
Bu zaman həmin şəxs yoldan keçən beynəlxalq aviaşirkətin stüardessalarını incitməyə, onu təyyarəyə mindirməyi tələb etməyə başlayıb. Əcnəbi qadınlar qorxaraq ingilis dilində yaxınlıqdakı sərhəd xidmətinin zabitini köməyə çağırıblar. Həmin şəxs aqressiv sərnişini sakitləşdirmək üçün ondan özünü daha sakit aparmasını tələb edəndə o, əli ilə asayiş keşikçisinin üzünə və 3 dəfə təpiklə vurub. Sərhədçi cəld sərxoşu bağlayaraq hava limanının növbətçi məntəqəsinə aparıb.
Sərxoş sərnişin inzibati qaydada saxlanılaraq tibbi müayinəyə göndərilib.
Sultan AYXAN