Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirak etməyəcək - XİN
Ermənistan 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "Sputnik Armenia"ya bildirib.
“Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək. Eyni zamanda İrəvan bu qərarın məhdud formatda qəbul edilməsinə etiraz etməyəcək”, - deyə Badalyan bildirib.
Bundan əvvəl Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, 2021 və 2022-ci illərdə baş verən hadisələr zamanı Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi yerinə yetirilməyib və İrəvan isə KTMT-də iştirakını dondurub.
T.İSMAYIL