Dəmiryolunda terror aktının qarşısı alındı

 19:14 08.05.2024     243

Krımda dəmiryolunda törədilən terror aktının qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Kommersant” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

Qəzetin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınan işsiz 30 yaşlı Kerç sakini əldəqayırma partlayıcılarla relsləri partlatmağı planlaşdırıb və bununla da Şimal Hərbi Dairəsi zonasına yanacaq tədarükünü dayanmasına çalışıb.

Həmin şəxsin cinayətə 6 aydan artıq hazırlaşdığı qeyd edilir. Onun barəsində terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.

Təhlükəsizlik qüvvələri saxlanılan şəxsin yaşayış yerində axtarış aparıb və PUA hazırlamaq üçün lazım olan komponentləri aşkar ediblər.

Təqsirləndirilən şəxs bildirib ki, onları Artem adlı SBU-dan idarəçisinin göstərişi ilə alıb.

O, həmçinin əlavə edib ki, tapşırığı yerinə yetirdiyinə görə ona Rusiyanı tərk etməyə kömək edəcəklərini və külli miqdarda pul mükafatı vəd ediblər.

Sultan AYXAN