"Ölkələr quş qripinə qarşı nəzarəti artırmalıdır" - ÜST

 19:42 08.05.2024     222

"Quş qripi A(H5N1) virusu hələ insanlar arasında yayılmağa uyğunlaşma əlamətləri göstərməyib, lakin ölkələr ona qarşı nəzarəti artırmalıdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu tövsiyəni Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-də süd fermalarında bu xəstəliyin yayılması ilə əlaqədar verib.

"İndiyə qədər virus insanlar arasında yayılmağa uyğunlaşma əlamətləri göstərmir, lakin nəzarət gücləndirilməlidir", - Qebreyesus söyləyib.

Yusif EYVAZLI