Gürcüstan rusiyalı turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir
İyunun 1-dən Gürcüstanda rusiyalı turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, ölkəyə gələn bütün qonaqlardan qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq. Onun olmamasına görə turistlər təxminən 110 dollar cərimələnəcəklər.