Türkiyə Aİ-yə üzv olmaqda qərarlıdır

 11:20 09.05.2024     185

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaqda qərarlıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” səhifəsində yazılıb.

“9 May- Avropa günü mübarək olsun”, - paylaşımda bildirilib.

Qeyd edək ki, 1986-cı ildən etibarən hər il 9 May Avropa Günü kimi qeyd olunur. Məhz 1950-ci ilin bu günündə Aİ-nin yaradıcılarından biri olan Fransanın xarici işlər naziri Robert Şuman tərəfindən təklif edilən Şuman Bəyannaməsi qəbul olunub.