İslamofobiya Avropa əhalisi üçün ən böyük təhdiddir
İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.
Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may - Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub.
Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da sabitliyi təhdid edir.