Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq

 13:14 09.05.2024     250

Türkiyə Bakıda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyi ilə bağlı proqramını açıqlayacaq.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf, şəhər və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank deyib.

O, bildirib ki, Türkiyə 2053-cü ildə sıfır emissiya strategiyasını hazırlamağa çalışır: “Uzaq perspektiv üçün iqlim dəyişikliyi strategiyası üzərində işləyirik. Bu il Bakıda “yol xəritəmizi” elan edəcəyik”.

Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi ilə istiqamətində 2024-cü il xüsusi əhəmiyyətə malikdir: “Bu ilki toplantının 2 əsas mövzusu iqlim fəaliyyəti və iqlim maliyyəsidir”.