Toydan 12 gün sonra arvadının kişi olduğunu bildi

 15:32 09.05.2024     328

İndoneziyada bəy toydan 12 gün sonra arvadının kişi olduğunu bilib.

Redaktor.az bildirir ki, 26 yaşlı kişi “arvadıyla” bir il görüşüb, ancaq onun əslində kişi olduğunu bal ayı zamanı bilib. Arvadı onunla yatmaqdan imtina etdikdən sonra indoneziyalının şübhələri başlayıb. Aldatma üzə çıxanda bəy polisə müraciət edib.

“Onların toy fotolarına baxsanız, “gəlin” əsl qadına bənzəyir. Onun da yumşaq səsi və tonu var, ona görə də heç bir şübhə yox idi”, – deyə məmurlar şərh ediblər.

Özünü qadın kimi təqdim edən şəxs həbs edilib. Aldadılanbəyin ailəsi hələ də baş verənlərə inanmır və mövcud vəziyyəti şərh etməkdən imtina edir.