Putin baş nazirlə bağlı qərarını parlamentə yolladı
Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin açıqlayıb.
Dövlət Dumasının bu gün keçiriləcək plenar iclasında Mişustinin namizədliyi nəzərdən keçiriləcək.
Xatırladaq ki, Rusiya hökuməti mayın 7-də ölkə lideri Vladimir Putinin andiçmə mərasimindən sonra istefa verib.
Onu da qeyd edək ki, Mixail Mişustin 2020-ci ildən Rusiyanın Baş naziri olub.