Moldova prezidenti də Zelenskiyə dəstək üçün ora gedəcək

 10:19 10.05.2024     243

Moldova Prezidenti Maia Sandu Ukraynanın rəhbəri Vladimir Zelenski ilə telefon danışığı aparıb, o, İsveçrədə keçiriləcək “sülh sammitində” iştirakını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Newsmaker" məlumat yayıb.

"Ukraynanın qorumaq üçün cəsarətlə mübarizə aparan  prezident Zelenski ilə danışdım. Biz Moldova və Ukraynanın Avropa İttifaqına daxil olması, əməkdaşlıq və regional təhlükəsizlik üçün növbəti addımlarını müzakirə etdik”, - Sandu bildirib.

Söhbət zamanı prezident  Ukrayna üzrə iyunun 15-16-da keçiriləcək sülh sammitində iştirakını təsdiqləyib.

Humay İSGƏNDƏRLİ