Terrorçulara böyük ZƏRBƏ: 92 mağara və sığınacaq məhv edildi
Türkiyənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, əməliyyat nəticəsində 92 mağara və sığınacaq məhv edilib. Həmçinin, 495 kiloqram partlayıcı maddə, 100 əldəqayırma bomba, 1660 kapsula həssas partlayıcı, 9 əl qumbarası, 3 126 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatı, 2 mina, 8 AK-47 avtomatı və digər silahlar ələ keçirilib.
“Terror təşkilatının logistik məqsədlər üçün istifadə etmək və hərəkət üçün hazırladığı yuvalar bir-bir aşkarlanaraq məhv edilib”, - nazir bildirib.