Türkiyənin keçmiş naziri vəfat etdi
Türkiyənin keçmiş dövlət naziri və millət vəkili Bekir Aksoy vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Onun ölüm səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, B.Aksoy Türkiyənin 54-cü hökumətində dövlət naziri olub, Ankaradan deputat seçilib. O, həmçinin Türkiyənin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.