Ukraynada on minlərlə məhkum orduya cəlb ediləcək
Ukrayna 20 minə qədər məhkumu orduya cəlb edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Maliuska "BBC Ukraine"yə müsahibəsində deyib.
Ukraynanın ədliyyə naziri deyib ki, bu addım həbsxanalarındakı həddən artıq sıxlığı da azaltmağa kömək edə bilər.
Ədliyyə naziri bildirib ki, o, bu məsələ ilə bağlı Ali Radanın qanun layihəsini dəstəkləyib, lakin “kimin orduya uyğun olub-olmadığını müəyyən etmək” Ukrayna Silahlı Qüvvələrinin səlahiyyətindədir.
"Mən yekun rəqəmlərin tamamilə hesablanmadığını qeyd etməliyəm, çünki hər bir ssenaridən asılı olaraq, rəqəm fərqli olacaq", - Maliuska bildirib.