Ukrayna daha bir MDB sazişindən çıxdı

 16:44 10.05.2024     192

Ukrayna MDB çərçivəsində xüsusi təyinatlı təyyarə uçuşlarının həyata keçirilməsinə dair sazişdən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

"Ukrayna xüsusi təyinatlı təyyarələrin istismarına dair razılaşmadan çıxdı", - Melniçuk teleqram kanalında yazıb.

Qeyd edək ki, 1993-cü ildə imzalanmış saziş, digər məsələlərlə yanaşı, dövlət başçıları, ali şuraların sədrləri, hökumət başçıları və rəsmi dövlət və hökumət nümayəndə heyətləri ilə xüsusi təyinatlı təyyarələrin uçuşlarını nəzərdə tutur.

Turan İSMAYIL