Bu ölkə Ukraynanın enerji infrastrukturu üçün 9 milyon avro ayıracaq

 16:57 10.05.2024     212

Belçika Ukraynaya zədələnmiş enerji infrastrukturunun təmiri üçün 9 milyon avro məbləğində əlavə yardım göstərəcək.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Belçikanın inkişaf əməkdaşlığı naziri Karolin Gennet bildirib.

"Ukraynanın enerji infrastrukturu bərbad vəziyyətdə və həddindən artıq mərkəzləşdirilmişdir, bu da onu çox həssas edir", - o deyib.

Gennetin sözlərinə görə, 9 milyon avro ehtiyat hissələrin tez bir zamanda alınması və zədələnmiş və ya dağılmış infrastrukturun təmiri üçün yeni avadanlıqların tədarükü üçün sistem yaradan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) vasitəsilə yönəldiləcək.

Nazir qeyd edib ki, hərbi yardımla birlikdə bu dəstək Ukraynanın sabitliyini möhkəmləndirməyə kömək edəcək.

T.İSMAYIL