Valideynləri 6 yaşlı uşağı timsahlara atdı - Tükürpədici SƏBƏB

 18:59 10.05.2024     200

Hindistanın Kannada ştatının Uttara rayonunda dəhşətli hadisə baş verib. 

Redaktor.az lent.az-a istinadla bildirir ki, 26 yaşlı Savitri Kumar əri 27 yaşlı Ravi Kumarla danışıq problemi olan 6 yaşlı oğullarının vəziyyəti ilə bağlı tez-tez mübahisə edib. Əri Ravinin ruhlandırdığı Savitri 6 yaşlı uşağı timsahlarla dolu çaya atıb. Nəticədə timsahlar azyaşlını parçalayıblar. Cinayətkar həyat yoldaşları polis tərəfindən saxlanılıb.

Məlumata görə, Ravi Kumar həyat yoldaşı Savitrinin əlil uşaq dünyaya gətirmək qərarını xoş qarşılamayıb. O, bir neçə dəfə qadına “körpəni at” deyib.

Polisin verdiyi məlumata görə, şənbə günü axşam eyni məsələ ilə bağlı başqa mübahisədən sonra əsəbi Savitri böyük oğlunu timsahlarla dolu Kali çayına birbaşa birləşdirən tullantı kanalına atıb. Qonşuların siqnalından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlər və dalğıcların köməkliyi ilə itkin düşən uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Lakin qaranlıq ucbatından onların cəhdləri uğursuz alınıb. Bazar günü səhər polis oğlanın meyitini tapıb. Onun bütün bədənində ağır xəsarətlər və yırtıcı sürünənlərin dişləmə izləri olub. Həmçinin timsahlar uşağın bir qolunu qoparıblar. Xəsarətləri nəzərə aln polisin ehtimalına görə, uşaq bir neçə timsahın hücumunun qurbanı olub.

Səlahiyyətlilər altı yaşlı uşağın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün yarılma göstərişi veriblər.

Faktla bağlı iki maddə üzrə cinayət işi açılıb.