BMT Fələstinlə bağlı qətnaməni alqışladı
Birləşmiş Millətlər Təşkilatı çoxlu sayda ölkənin Baş Assambleyada Təhlükəsizlik Şurasına Fələstinin dünya qurumunun daimi üzvü kimi qəbul edilməsinə yenidən baxılmasını tövsiyə edən qətnaməyə səs verməsini alqışlayır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin sözçünün müavini Fərhan Haq deyib.
Bundan əvvəl BMT Baş Assambleyası bir qrup ərəb ölkəsinin təklif etdiyi sənədə səs verib, qətnaməni 143 dövlət dəstəkləyib.
"Biz bu addımın Baş Assambleyanın geniş nümayəndəliyi tərəfindən təsdiqlənməsini alqışlayırıq", - Haq deyib. O əlavə edib ki, dünya təşkilatının rəhbəri və BMT Katibliyi qəbul edilmiş sənədin həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görəcək.
Turan İSMAYIL