İrəvanda müxalifətin növbəti etiraz mitinqi bu tarixdə keçiriləcək

 21:54 10.05.2024     270

"İrəvanın mərkəzində növbəti etiraz aksiyası bazar günü keçiriləcək".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Vətən adına Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyan mitinqdə bildirib.

“Bazar günü axşama qədər demarkasiya və delimitasiya, sülh danışıqları və bu danışıqların davamlılığı ilə bağlı dəqiq konsepsiya hazırlayıb formalaşdırmaq lazımdır. Bazar günü saat 18:30-da biz Respublika meydanında toplaşırıq və yaxın gələcəkdə hansı konkret addımlar atacağımıza qərar veririk", - o bildirib.

Yusif EYVAZLI