"Qəzza danışıqlarından geri çəkilməmişik" - HƏMAS
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsrail tərəfi ilə danışıqlar prosesindən geri çəkilmədiyini, lakin İsrailin hərəkətləri səbəbindən dialoqun dalana dirəndiyini iddia edir.
Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Xəlil əl-Xeyya teleqramda bildirib.
“Biz danışıqları dayandırmadıq və ya danışıqlar prosesindən çəkilmədik, lakin İsrailin Rəfahdakı təcavüzü səbəbindən dialoq dalana dirənib”, - deyə o qeyd edib.
Xəlil əl-Xeyya əlavə edib ki, hazırda heç bir danışıqlar aparılmır və İsrailin Baş naziri Benyamin Netanyahunun dediyi hər şey yalnız öz ambisiyalarını təmin etmək məqsədi daşıyır.
T.İSMAYIL