BMT TŞ müstəntiqlərə Qəzzada kütləvi məzarlıqlara giriş imkanı verməyə çağırdı
BMT Təhlükəsizlik Şurası (TŞ) Qəzza zolağında kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı mətbuat bəyanatı yayıb və hadisə ilə bağlı müstəqil və qərəzsiz araşdırma aparmaq üçün müstəntiqlərin dəfn yerlərinə maneəsiz daxil olmasına çağırıb.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
“BMT Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq hüququn pozulmasına görə məsuliyyətin vacibliyini vurğuladılar və müstəntiqləri vəziyyəti müəyyən etmək üçün dərhal, müstəqil, şəffaf və qərəzsiz araşdırmalar aparmaq üçün Qəzzadakı bütün kütləvi məzarlıqlara maneəsiz daxil olmağa çağırdılar”, - Şuranın jurnalistlərə açıqlamasında belə deyilir.
T.İSMAYIL