Baydenin dövründə Ukraynaya yardımın həcmi açıqlandı - Fantastik RƏQƏMLƏR

 10:13 11.05.2024     291

Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının həcmi 51,3 milyard dollara çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

 

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan transfer edilən yardımın həcmi 50,6 milyard dollar təşkil edib.

Bundan öncə Bayden bəyan edib ki, Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcək.